Ukraynalı boksçu dünya çempionu ilə döyüşdən imtina etdi - FOTO
Ukraynalı boksçu Vasili Lomaçenko ölkəsini müdafiə etmək üçün dünya çempionu Corc Kambososa ilə döyüşməkdən imtina edib.
Redaktor.az-ın məlumatına görə, Lomaçenko deyib ki, yaxın günlərdə Ukraynanı tərk etmək istəmir. Buna görə də Kambososa iyunun 5-də Avstraliyada Devin Heyni ilə döyüşəcək.
Kambososa Lomaçenkonun qərarına belə reaksiya verib:
“Vasili, qərarınıza hörmətlə yanaşıram. Mən bunu başa düşürəm, siz və ölkəniz üçün dua edəcəyəm. Xahiş edirəm, özünü qoru”.
Kambososa onunla əsl çempionların döyüşündə eyni rinqdə görüşəcəklərinə ümid etdiyini bildirib.












