İngiltərə Premyer Liqasının ən sürətli futbolçusu bəlli oldu

 12:30 23.03.2022     317

İngiltərə Premyer Liqasında cari mövsümün ən sürətli futbolçusu bəlli olub.

Redaktor.az xəbər verir ki, "Çelsi"nin müdafiəçisi Antonio Rüdiger bütün rəqiblərini qabaqlayıb. Almaniyalı arxa xətt oyunçusunun "Brayton"a qarşı XX tur matçında sürəti saatda 36,6 km olub.

2-3-cü yerləri qış fasiləsində "Vulverhempton"u İspaniya "Barselona"sına dəyişmiş Adama Traore və "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah bölüşdürür. Hər ikisinin bu mövsümdəki maksimum sürəti saatda 36,6 km-ə çatıb

Ən sürətli oyunçuların siyahısında həmçinin "Liverpul"dan İbrahima Konate (36,2 km/saat), "Aston Villa"dan Olli Votkins və "Lester"dən Patson Daka (hər ikisi 36,1 km/saat) yer alıblar.

Vumart və Güvən reklamı Vumart Güvən