Nicat Rəhimov apellyasiya şikayəti verəcək
Qazaxıstan millisində çıxış edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov olimpiya medalının əlindən alınması və 8 il müddətinə diskvalifikasiya olunması ilə bağlı apellyasiya şikayəti verəcək.
Redaktor.az-ın məlumatına görə, bu barədə 29 yaşlı idmançı şəxsi instaqram hesabında bildirib.
Rəhimov bir çox suallar cavabsız qaldığı üçün qərarla qətiyyən razı olmadığını vurğulayıb: "Bu məsələdə ən dəhşətlisi odur ki, onlar olimpiada vaxtı göndərilən nümunəmlə bağlı heç bir sual olmadan mənim və Qazaxıstanın əsas mükafatı hesab edilən Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qızıl medalını əlimdən almaq istəyirlər".












