Azərbaycan millisi Sloveniyada uduzdu

 17:46 24.03.2022     491

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Redaktor.az-ınməlumatına görə, yığmamız Sloveniyada təşkil olunan hazırlıq çərçivəsində ikinci matçına çıxıb.

Millimiz sloveniyalı yaşıdları ilə qarşılaşıb. Komandamız 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində Nəriman Axundzadə fərqlənib. Yığmamız bu matçla təlim-məşq toplanışını başa vurub.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Vumart və Güvən reklamı Vumart Güvən