Burak Yılmaz millidəki karyerasını başa vurdu
Türkiyə millisinin və "Lill"in futbolçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub.
Redaktor.az xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə özü açıqlama yayıb. Yılmaz ötən gecə DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliyaya uduzduqları matçdan (1:3) sonra bunları deyib:
"Bu gün son oyunumu keçirdim. Milli karyeramdakı son nöqtəni qoydum. Belə bir matçdan sonra yığma ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm".
Qeyd edək ki, Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin formasını geyinirdi.












