"Çelsi"nin hücumçusu PSJ-yə keçə bilər

 16:10 25.03.2022     359

İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku karyerasını Fransada davam etdirə bilər.

Redaktor.az-ın "Football Insider" nəşrinə istinadən məlumatına görə, PSJ 29 yaşlı hücumçu ilə maraqlanır.

Kilian Mbappe mövsümün sonunda Paris təmsilçisindən ayrılsa, klub Lukakunu almağa çalışacaq. Belçikalı oyunçu hazırkı komandasında çox az forma şansı qazandığı üçün transferin gerçəkləşmə ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Romelu Lukaku 2021-ci ilin yayında İtaliya "İnter"indən "Çelsi"yə keçib.

Vumart və Güvən reklamı Vumart Güvən