Şəhriyar Məmmədyarovdan FİDE Qran-prisində ilk qələbə

 09:17 26.03.2022     345

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyada keçirilən FİDE Qran-prisində ilk qələbəsini qazanıb.

Redaktor.az xəbər verir ki, ötən gün baş tutan 4-cü turda Məmmədyarov almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cüdə gedişdə Şəhriyarın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycan şahmatçısının Qran-pridəki ilk qalibiyyəti olub.

Qeyd edək ki, 37 yaşlı qrossmeyster birinci turda keçirdiyi hər üç oyunda heç-heçə edib. Hazırda Məmmədyarovun aktivində 2,5 xal var.

Vumart və Güvən reklamı Vumart Güvən