Azərbaycan - Latviya matçının hakimləri müəyyənləşdi

 09:43 26.03.2022     299

Martın 29-də Maltada futbol üzrə Azərbaycan və Latviya milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.

Redaktor.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma yerli hakimlər briqadasına həvalə olunub.

Baş hakim: Trustin Farruca Kann

Baş hakimin köməkçiləri: Luke Portelli, Dunkan Sultana

Dördüncü hakim: Andrea Skiriha

Qeyd edək ki, Maltanın Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən