"Qalatasaray" seçkiyə gedir

 09:46 27.03.2022     235

İstanbulun “Qalatasaray” klubu prezident və idarəetmə strukturlarının yenidən formalaşdırılması üçün seçkilərə gedəcək.

Redaktor.az xəbər verir ki, İdarə Heyətinin toplantısında klubun prezidenti Burak Elmasın 2021-ci il ərzində fəaliyyəti məqbul sayılmayıb.

Buna görə də yenidən seçki keçirilməli, prezident və İdarə Heyətinin üzvləri seçilməlidir.

Yeni seçkilərin keçiriləcəyi tarix, Burak Elmasın yenidən prezidentliyə namizəd olub-olmayacağı hələ ki, məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən