Güləşçimiz Avropa çempionatının finalına yüksəldi
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Redaktor.az xəbər verir ki, 57 kq çəki dərəcəsində rəqib gürcüstanlı Beka Bujiaşvili olub.
1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.












