Fatih Terim yenidən "Qalatasaray"ın baş məşqçisi ola bilər

 11:25 29.03.2022     352

Fatih Terim yenidən Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi ola bilər.

Redaktor.az-ın "Milliyet"ə istinadən məlumatına görə, təyinatın İstanbul təmsilçisində yeni prezident seçkilərindən sonra gerçəkləşmə ehtimalı var.

İdarə Heyətinin üzvləri sırasında yer alan sabiq prezident Dursun Özbek ve sabiq vitse-prezident Abdurrahim Albayrak növbəti seçkiyə bir namizədlə çıxmağı qərara alıblar. Onlar baş məşqçi postunda 69 yaşlı mütəxəssisi görmək istəyirlər.

Qeyd edək ki, "Qalatasaray" klubunda prezident seçkiləri aprelin 23-də gerçəkləşəcək. Burada kifayət qədər səs çoxluğu olmasa, seçki aprelin 30-da davam edəcək.

Fatih Terim 1996 - 2000, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"a rəhbərlik edib. Hazırda "sarı-qırmızılar"ın baş məşqçisi ispaniyalı Domenek Torrendir.

Vumart və Güvən reklamı Vumart Güvən