Ronaldo “Mançester Yunayted”də qalacaq
Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib.
Redaktor.az-ın məlumatına görə, Portuqaliya millisinin futbolçusu “Mançester Yunayted”də qalacaq.
37 yaşlı hücumçu yay fasiləsində klubunu dəyişməməyə üstünlük verib. O, belə addımı yığma naminə atıb.
Ronaldo Qətərdəki DÇ-2022-yə hazır olmaq baxımından İngiltərədə qalmasını daha əlverişli sayır. Bu üzdən müqaviləsi 2023-cü ildə başa çatacaq forvard Mançesterdə qalmaq qərarına gəlib.
Qeyd edək ki, Portuqaliya millisi hələlik DÇ-2022-yə vəsiqə qazanmayıb. Bunun üçün pireneylilər Şimali Makedoniya ilə bugünkü qarşılaşmada qalib gəlməlidir.












