"Bəxtimiz gətirmədi" - Canni De Byazi
"Oyuna çox yaxşı başladıq. Yaxşı imkanımız oldu Təbii ki, bəxtimiz gətirmədi. Matçdan sonra futbolçulara da dedim ki, bu məğlubiyyətdən razı qala bilmərik. Bu gün əsl komanda gördük"
Redaktor.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Maltadakı təlim-məşq toplanışında Latviyaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya da eyni hesabla məğlub olub.












