Növbəti güləşçimiz finalda
Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Redaktor.az, 86 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Sebastian Yezerjanski ilə qarşılaşıb.
3:1 hesablı qələbə qazanan Abakarov qızıl medal uğrunda görüşdə San Marino təmsilçisi Maylz Nazem Amineni sınağa çəkəcək.
Digər sərbəst güləşçimiz Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşündəə rəqibi slovakiyalı Taymuraz Salkazanova 2:8 hesabı ilə uduzaraq bürünc medal uğrunda mübarizə aparacaq.
Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.












