Argentina rekordunu təkrarladı

 09:40 30.03.2022     336

Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla heç-heçə edib (1:1).

Redaktor.az-ın məlumatına görə, argentinalılar 90+3-cü dəqiqədə qol buraxaraq qələbəni əldən veriblər.

Buna baxmayaraq, “tanqocular” məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb. Bununla Argentina yığması tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Cənubi Amerika təmsilçisi 1991-1993-cü illərdə də eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq dünya çempionatına vəsiqə qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən