Azərbaycanın 2 gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəldi

 17:00 31.03.2022     364

Azərbaycanın idman gimnastları İvan Tixonov və Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, Tixonov təsnifatda paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayaraq 8-ci olub. Simonov isə halqa ilə hərəkətlərdə hakimlərdən 14.266 xal alıb və 6-cı yeri tutub.

Hər iki idmançı təsnifat mərhələsini ilk "səkkizlik"lə başa vurduğu üçün finala yüksəlib.

Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqla tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü olub.

Vumart və Güvən reklamı Vumart Güvən