"Avropa çempionu olmaq istəyirdim, lakin..." - Hacı Əliyev

 10:48 01.04.2022     303

"Dördüncü dəfə Avropa çempionu olmaq istəyirdim, lakin tam hazır deyildim".

Redaktor.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdə 65 kq çəki dərəcəsində Avropa vitse-çempionu olan Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı pəhləvan bildirib ki, hədəfi olimpiya çempionluğudur: "Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bir neçə aylıq fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi 2 ildən sonra növbəti olimpiadadır və Paris-2024-də iştirak edə bilərəm. Artıq gələn il ilk lisenziya yarışı olacaq. Avropa çempionatı öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim və yenə də medalsız gəlmədim. Yaxşı nəticə göstərdim. Hədəfim Olimpiya çempionluğudur. İnanıram ki, Parisdə qızıl medal qazanacağam".

Vumart və Güvən reklamı Vumart Güvən