"Tottenhem"in hücumçusu Aqueronun rekordunu təkrarladı

 15:13 01.04.2022     372

"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasında mart ayının ən yaxşısı seçilib.

Redaktor.az xəbər verir ki, 7-ci dəfə bu ada layiq görülən 29 yaşlı hücumçu "Mançester Siti"nin sabiq forvardı Serxio Aqueronun rekordunu təkrarlayıb.

İngiltərə millisinin üzvü səsvermədə "Liverpul"dan Endryu Robertsonu, "Aston Villa"dan Metti Keşi, "Çelsi"dən Trevo Çaloba və Kay Havertsi, "Arsenal"dan Bukayo Sakanı, "Brentford"dan Ayvan Tounini, həmçinin komanda yoldaşı Deyan Kuluşevskini qabaqlayıb.

Qeyd edək ki, Harri Keynötən ay meydana çıxdığı 4 çempionat matçında eyni sayda qol vurub və 2 məhsuldar ötürmə edib.

Vumart və Güvən reklamı Vumart Güvən