"Sumqayıt" millinin sabiq üzvü ilə müqavilə bağladı

 12:33 02.04.2022     381

"Sumqayıt" Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.

Redaktor.az xəbər verir ki, 30 yaşlı Ukrayna əsilli qokiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Qeyd edək ki, bu, Andrey Popoviç daha əvvəl 2011-2012 və 2014-2015-ci illərdə də "Sumqayıt"ın formasını geyinib. 2008 - 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş təcrübəli oyunçu "Bakı", "Abşeron" və "Qəbələ" komandalarının da şərəfini qoruyub.

Onun son klubu Ukrayna LNZ-si olub.

Vumart və Güvən reklamı Vumart Güvən