Mbappeni klubda saxlamaq üçün PSJ-nin YENİ VARİANTLARI

 11:47 03.04.2022     360

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edəcək.

Redaktor.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi 24 yaşlı hücumçunu komandada saxlamaq üçün ona jest edəcək.

PSJ kapitanlıq sarğını Markinyosdan alıb Mbappeyə vermək niyyətindədir.

Qeyd edək ki, Kilian Mbappenin müqaviləsi yayda başa çatacaq. Hücumçu cari mövsüm Fransa klubunda 37 oyuna çıxıb, 26 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Oyunçunun İspaniyanın "Real Madrid" klubuna keçəcəyi deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən