"Liverpul" Məhəmməd Salaha yeni müqavilə təklif etdi

 13:01 04.04.2022     364

"Liverpul"un hücumçusu Məhəmməd Salah klubu ilə müqaviləni uzatmağa hazırdır.

Redaktor.az xarici KİV-lərə istinadla xəbər verir ki, klub rəhbərliyi misirli futbolçuya həftəlik 500 min avro məvacib və üçillik müqavilə təklif edib. Daha əvvəl futbolçu "Barselona"ya mümkün keçiddən imtina etmişdi. Bu ay tərəflər yeni müqaviləni elan edəcəklər.

İyirmi doqquz yaşlı futbolçu cari mövsüm "Liverpul"un heyətində 37 oyuna çıxıb, 28 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən