“Öz rekordumu özüm də dəyişə bilərəm”

 11:25 05.04.2022     287

“Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüfi deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev şəxsi “Instagram” hesabında yazıb.

65 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı bu rekordu yeniləmək üçün uzun illərin lazım olduğunu bildirib:

“Paris-2024 Yay Olimpiya Oyunlarına qədər bu rekordu özüm də dəyişə bilərəm”.

Qeyd edək ki, 3 qat dünya çempionluğu ilə bərabər 3 qat Avropa çempionu tituluna malik Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında gümüş medal qazanıb. Əvəzində yunan-Roma güləşçisi Rafiq Hüseynov 82 kq çəkidə üçüncü dəfə Avropa çempionluğuna yiyələnib. 2021-ci ildə isə Hüseynov dünya çempionu olub.

Vumart və Güvən reklamı Vumart Güvən