“Fənərbaxça” Marselonu istəyir

 14:37 05.04.2022     327

“Fənərbaxça” mövsümün sonunda bir neçə ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, Türkiyə klubu İspaniyada çıxış edən daha bir oyunçuya göz dikib.

“Atletiko”nun hücumçusu Luis Suaresdən sonra indi də “Real”ın müdafiəçisi Marselo “sarı-lacivərdlilər”in maraq dairəsindədir. Suares kimi, Marselonun da yayda azad agent olması “Fənərbaxça” rəhbərliyini həvəsləndirir. Ancaq braziliyalı müdafiəçi həmçinin ölkəsinin bir neçə klubu və “İnter Mayami”nin də gündəmindədir.

Qeyd edək ki, Marselo 2007-ci ildən “Real”ın formasını geyinir.

Vumart və Güvən reklamı Vumart Güvən