Şamaxıda ilk oyunun vaxtı açıqlandı

 10:50 06.04.2022     327

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turun oyun cədvəli məlum olub.

Redaktor.az xəbər verir ki, tura aprelin 9-da "Şamaxı" - "Neftçi" matçı ilə start veriləcək.

Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.

9 aprel (şənbə)
14:00. “Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu

17:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”

10 aprel (bazar)
18:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

20:30. “Səbail” – “Qəbələ”
“ASCO Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən