Niderland millisində baş məşqçi dəyişikliyi olacaq
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Ronald Kuman Niderland millisinə rəhbərlik edəcək.
Redaktor.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə 2026-cı ilədək müqavilə imzalanıb.
O, Qətərdə keçiriləcək dünya çempionatından sonra komandaya rəhbərlik edəcək və Lui Van Qalı əvəzləyəcək.
Qeyd edək ki, 2021-ci ildən yığmaya rəhbərlik edən Lui Van Qal xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.












