"Barselona" bir ilkə imza atacaq

 13:10 06.04.2022     472

“Barselona” klubu tarixində ilk dəfə Avstraliyada oyun keçirəcək.

Redaktor.az klubun rəsmi saytına istinadla xəbər verir ki, mövsüm başa çatdıqdan sonra İspaniya təmsilçisinin Avstraliyada yoxlama görüşü təşkil olunacaq.

Xavi Ernandesin yetirmələri mayın 25-də Avstraliya liqasının ən yaxşı futbolçularından (A-Leagues All Stars) ibarət komandası ilə qarşılaşacaq. Oyun Sidneydəki 80 min tamaşaçı tutumuna malik “Accor” stadionunda olacaq.

Xatırladaq ki, əvvəllər “Barselona”nın heç bir komandası istər peşəkar, istərsə də həvəskar səviyyədə Avstraliyada oyun keçirməyib.

Vumart və Güvən reklamı Vumart Güvən