Benzema yeni uğura imza atdı

 10:27 07.04.2022     337

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Redaktor.az xəbər verir ki, 35 yaşlı hücumçu buna İngiltərədə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etməklə nail olub.

Fransalı forvard qitənin bir nömrəli klub turnirində ardıcıl iki matçda 3 qol vuran 4-cü oyunçudur. Daha əvvəl 2014-cü ildə Luis Adriano, 2016-cı ildə Lionel Messi, 2017-ci ildə isə Kriştianu Ronaldu buna müvəffəq olub.

Bundan əlavə, Kərim Benzema Çempionlar Liqasında (Çempionlar Kuboku) "Çelsi"yə qarşı het-trik edən ilk oyunçu kimi də tarixə düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən