Runi Ronaldonu qəzəbləndirdi - FOTO

 16:49 07.04.2022     418

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi komandanın hazırki üzvü Kriştianu Ronaldonu qəzəbləndirib. 

Redaktor.az xəbər verir ki, buna səbəb keçmiş forvardın “Liverpul”un sabiq üzvü Ceymi Karaqerlə qatıldığı verilişdə portuqaliyalı ulduzu tənqid etməsidir. 

“Ronaldo bir zamanlar bu klub üçün böyük işlər görmüş ola bilər. Hətta son oyunların birində “Tottenhem”ə qarşı het-trik etməsi də alqışlanmalıdır. Lakin kluba ondan çox gənc və oynamağa istəkli futbolçular lazımdır. O, nə etsə də, artıq 20 yaşındakı kimi çıxış edə bilməz”.

Bundan sonra Kriştianu Ronaldo Ueyn Runin şəxsi səhifəsindəki paylaşıma “2 paxıl” deyə şərh bildirib. 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən