UEFA maliyyə feyr-pleyi qaydalarına dəyişikliyi təsdiqlədi

 17:00 07.04.2022     340

UEFA İcraiyyə Komitəsi maliyyə feyr-pleyi qaydalarına dəyişikliyi təsdiqləyib.

Redaktor.az xəbər verir ki, yeniliyə əsasən, gələcəkdə klublar transferlərə, maaşlara və məsləhət haqlarına ümumi gəlirin maksimum 70 faizini xərcləyə biləcəklər.

Həmçinin tez-tez tənqid olunan "maliyyə feyr-pleyi" ifadəsi bu ilin iyunundan "maliyyə davamlılığı" müddəası ilə əvəz olunacaq.

Dəyişikliklə bağlı fikirlərini bölüşən UEFA prezidenti Aleksander Çeferin qərarın islahatlara ehtiyac olduğunu vurğulayıb: "Futbol sənayesi dəyişib. Yeni qaydalar bizə oyunu qorumağa kömək edəcək".

Vumart və Güvən reklamı Vumart Güvən