"Şamaxı" ilk oyununda uduzdu - YENİLƏNİB

 16:15 09.04.2022     748

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

Redaktor.az xəbər verir ki, Şamaxıın eyniadlı yeni komandası ilk oyununda "Neftçi" komandası ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı ilk qarşılaşma kimi tarixə düşən matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada ilk qol 10-cu dəqiqədə vurulub. "Neftçi"nin "Şamaxı"da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı "Şamaxı"nın üstünlüyü ilə başa çatıb - 1:0.

Fasilədən sonra fəallığını artıran "Neftçi" 60-cı dəqiqədə bərabəlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.

Bununla da "Neftçi" xalını 41-ə çatdıraraq, ikinci pillədə möhkəmlənib. 20 xala malik "Keşlə" isə 6-cı mövqedə qalıb.

***

Şamaxı şəhər stadionunda keçirilən ilk oyunda eyniadlı komanda ilə "Neftçi" üz-üzə gəlir.

Redaktor.az xəbər verir ki, qarşılaşmadan əvvəl "Şamaxı"nın futbolçuları Rail Məlikov və Ruslan Əmircanovun karyeralarını bitirdikləri rəsmən elan olunub. Klub prezidenti bu münasibətlə hər iki oyunçuya xatirə hədiyyəsi təqdim edib.

Qarşılaşmaya yerli sakinlər tərəfindən maraq böyükdür. 2 200 tamaşaçı tutumuna malik tribunalar tam dolub. Ayaq üstə qalanlar isə meydanı əhatələyən dəmir hasarlar arxasından izləyirlər.

Fəxri tribunada AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov və digər nüfuzlu qonaqlar yer alıblar.

Qeyd edək ki, hazırda "Şamaxı" komandası öndədir - 1:0. Yeganə qolu 10-cu dəqiqədə cərimə zərbəsindən Rəhman Hacıyev vurub (report.az).

222222
Vumart və Güvən reklamı Vumart Güvən