Komandası uduzan Ronaldodan azarkeşə qarşı kobudluq

 07:17 10.04.2022     415

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştiano Ronaldo Premyer Liqanın XXII turunda "Everton"a uduzduqdan sonra azarkeşin telefonunu sındırmaqda təqsirləndirilir.

Redaktor.az xəbər verir ki, internetdə Kriştianonun əlinə nə isə götürdüyü və sonra onu yerə atdığına dair videogörüntü yayılıb. Qeyd edilir ki, həmin əşya azarkeşin mobil telefonu olub.

“Sky Sports” isə xəbər verib ki, “Mançester Yunayted” rəhbərliyi hadisəni araşdıracaq. Ronaldo oyunda məhsuldar hərəkətləri ilə yadda qalmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən