İstanbul derbisində "Fənərbaxça" qalib gəldi
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.
Redaktor.az xəbər verr ki, XXXII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"la qarşılaşıb. "Ülkər" stadionunda oynanılan "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərindən heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.
Bu qələbədən sonra xallarını 59-a çatdıran "Fənərbağça" 2-ci pilləyə yüksəlib. "Qalatasaray" isə 41 xalla 14-cü pilləyə geriləyib.












