Portuqaliya çempionatının oyununda azarkeş futbolçunu vurdu

 10:42 11.04.2022     332

Portuqaliya Primeyrasında "Vitoriya" və "Portu" komandaları arasında keçirilmiş XXIX tur matçında insident baş verib.

Redaktor.az xəbər verir ki, meydan sahiblərinin azarkeşi ikinci hissədə meydana daxil olaraq, "Vitoriya"nın kapitanı Roşinyanı təpiklə vurub.

Daha sonra o, komandanın daha bir futbolçusu Jeni Katamuya zərbə endirməyə cəhd edib. Lakin Katamu bundan vaxtında xəbər tutub.

Stadion mühafizəçiləri meydana girərək, azarkeşi çölə çıxarıb.

Qeyd edək ki, qarşılaşma "Portu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda yerli çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 57-yə çatdırmaqla yeni rekorda imza atıb.

Vumart və Güvən reklamı Vumart Güvən