Levandovski "Barselona"ya keçir

 17:24 11.04.2022     361

Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski “Barselona”ya keçməyə yaxındır.

Redaktor.az xəbər verir ki, bu barədə “TVP Sport” məlumat yayıb.

Bildirilir ki, polşalı hücumçu İspaniya klubu ilə 3 illik müqavilə barədə razılıq əldə edib.

Levandovski Almaniya klubunu müqaviləsini uzatmayacağı ilə bağlı məlumatlandırıb. Münhen təmsilçisi anlaşması 2023-cü ildə başa çatacaq oyunçunu satmalı olacaq.

Almaniyalılar onun keçidi üçün 65 milyon avro tələb edir. “Barselona” bu rəqəmi futbolçularından bir neçəsini “Bavariya"ya verməklə azalda bilər.

Vumart və Güvən reklamı Vumart Güvən