Qurban Qurbanova feyr-pley mükafatı verildi - FOTO

 17:11 12.04.2022     276

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu mükafatlandırıb.

Redaktor.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısına Konfrans Liqasının 1/16 final mərhələsində “Marsel”lə matçda etdiyi hərəkətə görə feyr-pley mükafatı təqdim edilib.

Qeyd edək ki, Qurban Qurbanov Fransanın “Marsel” klubu ilə matçda İbrahima Vadjiyə qolu əllə vurduğunu hakimə deməsini bildirmişdi.

2
Vumart və Güvən reklamı Vumart Güvən