Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşir

 09:20 13.04.2022     282

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Redaktor.az xəbər verir ki, bununla da ÇL-də bütün yarımfinalçıların adı müəyyənləşəcək.

“Atletiko” Madriddə ilk matçda 0:1 hesabı ilə uduzduğu “Mançester Siti”ni qəbul edəcək.

“Liverpul” isə İngiltərədə “Benfika”nı sınağa çəkəcək. Bu komandalar arasında ilk oyun İngiltərə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, artıq “Real” və “Vilyarreal” adını yarımfinala yazdırmağı bacarıb.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. “Atletiko” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

İlk oyun - 0:1

23:00. “Liverpul” (İngiltərə) - “Benfika” (Portuqaliya)

İlk oyun - 3:1

Vumart və Güvən reklamı Vumart Güvən