"Tottenhem"in baş məşqçisi koronavirusa yoluxdu
İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Antonio Konte koronavirusa yoluxub.
Redaktor.az xəbər verir ki, 63 yaşlı mütəxəssisin testi pozitiv çıxıb.
İtaliyalı baş məşqçi hazırda karantindədir.
Qeyd edək ki, London təmsilçisi aprelin 16-da İngiltərə Premyer Liqasının XXXII turunda "Brayton"u qəbul edəcək.












