“Beşiktaş”ın futbolçusu qəzaya düşdü

 14:02 14.04.2022     229

“Beşiktaş”ın futbolçusu Fransisko Montero avtomobil qəzası keçirib.

Redaktor.az Demirören Haber Ajansı-na istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Qəza zamanı ispaniyalı müdafiəçinin ailəsi də avtomobildə olub. Lakin xoşbəxtlikdən heç kim xəsarət almayıb. 24 yaşlı futbolçu oradan məşqə qatılmaq üçün birbaşa klubun bazasına yollanıb.

Qeyd edək ki, Fransisko Montero 2020-ci ildən “Beşiktaş”da çıxış edir.

Vumart və Güvən reklamı Vumart Güvən