Dünya çempionatında Rusiyanı Ukrayna əvəzləyəcək

 23:56 14.04.2022     307

Voleybol üzrə 2022-ci il dünya çempionatında Rusiya millisini Ukrayna yığması əvəzləyəcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Voleybol Federasiyasından (FIVB) FVU-ya məktub daxil olub.

Bildirilib ki, ukraynalılar Serbiya, Puerto-Riko və Tunislə birlikdə A qrupunda çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı 26 avqust - 11 sentyabrda Polşa və Sloveniyada təşkil olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən