“Yuventus” Kuadrado ilə müqaviləni yenilədi

 16:56 15.04.2022     321

Futbolçuları ilə müqavilələri uzatmaq prosedurunu davam etdirən “Yuventus” Xuan Kuadrado ilə anlaşmanı da yeniləyib.

Redaktor.az xəbər verir ki, kolumbiyalı ilə yeni anlaşma 2023-cü ilin yayında başa çatacaq.

Cənubi amerikalıya 2 illik müqavilə təklif olunsa da, 33 yaşlı futbolçu maaşının azaldılması ilə razılaşmayıb. Bu üzdən onunla əməkdaşlıq bir illik artırılıb.

Qeyd edək ki, 2015-ci ildən “byankoneri”nin şərəfini qoruyan Kuadrado 262 matçda 24 qol və 53 assistə imza atıb.

Vumart və Güvən reklamı Vumart Güvən