Mahir Emreli "Dinamo"da növbəti qolunu vurdu

 21:43 15.04.2022     279

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti qolunu vurub.

Redaktor.az xəbər verir ki, 25 yaşlı hücumçu evdə "İstra"ya qarşı 1-ci Liqanın XXXI tur oyununda fərqlənib. O, 50-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, forvardın Zaqreb təmsilçisində 2-ci qolu olub.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və meydan sahibləri 3:0 hesabı ilə irəlidədir.

Vumart və Güvən reklamı Vumart Güvən