"Mançester Siti"nin sahibləri İtaliyanın klubunu alır

 13:36 16.04.2022     246

İngiltərə təmsilçisi "Mançester Siti"nin sahibi olan "City Football Group" korporasiyası daha bir klubu almaq istəyir.

Redaktor.az-ın məlumatına görə, şirkət İtaliya "Palermo"su üçün ilkin danışıqlara başlayıb.

Siciliya təmsilçisinin tezliklə "City Football Group"a qoşulacağı gözlənilir.

Qeyd edək ki, "Palermo" 2019-cu ildə müflis elan ediib. Daha sonra yenidən dirçələn klub C Seriyasına yüksəlib. "City Football Group" dünyada "Mançester Siti"dən başqa daha 9 klubun sahibidir.

Vumart və Güvən reklamı Vumart Güvən