37 yaşlı Ronaldodan het-trik – VİDEO
İngiltərə Premyer Liqasının 33-cü turu maraqlı qarşılaşmalarla yadda qalıb.
Redaktor.az xəbər verir ki, “Old Trafford”da “Mançester Yunayted” “Norviç”i qəbul edib.
Qarşılaşma mankunianların 37 yaşlı əfsanəsi Kriştianu Ronaldonun het-trikilə əlamətdar olub. Məhz bu qolların sayəsində ev sahibi komanda 3:2 hesabıyla əzmkar qələbə qazanıb.
Qeyd edək ki, bu matçdan sonra “qırmızı şeytanlar” turnir cədvəlinin 5-ci pilləsinə yüksəliblər.












