İngiltərə Federasiya Kuboku: “Liverpul” “Mançester Siti”ni üç qolla keçdi - VİDEO
“Uembli”də mükafata iddialı “Mançester Siti” ilə “Liverpul” üz-üzə gəlib.
Redaktor.az xəbər verir ki, hazırda ölkə çempionatının ilk pillələrində qərarlaşan klublar arasındakı mübarizə mersisaydlıların üstünlüyü ilə başa çatıb: 3:2.
Qeyd edək ki, sabah keçiriləcək ikinci yarımfinal matçında “Çelsi” “Kristal Pelas”la qarşılaşacaq. Turnirin qalibinin adına isə mayın 14-də təşkil ediləcək həlledici oyundan sonra aydınlıq gələcək.












