“Səhv anlaşılma olub” - Rafael Ağayev

 22:13 16.04.2022     359

“Mətbuatda səhv anlaşılma olub. İyunun 11-də mənim yanvarda macar Jolt Habdaya qalib gəldiyim döyüşün videosu yayımlanacaq. Mən bu rəqiblə yenidən qarşılaşmayacağam”.

Redaktor.az xəbər verir ki, bunu karate üzrə olimpiya mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev deyib.

O, “Karate Combat” turnirində iyunun 11-də çıxış etməyəcəyini bildirib. Rafael Ağayev bildirib ki, onun rəqibi digər idmançı olacaq:

“Bildiyimə görə, mənim budəfəki döyüşüm canlı göstərilməlidir. Srağagün rəqibim bəlli oldu. Bu döyüş də iyunun sonlarında olacaq. Ancaq müqavilə şərtlərinə görə, rəqibin adını çəkə bilmərəm”.

Həmçinin 84 kq çəki dərəcəsində Azərbaycanın bu yarışda digər təmsilçisi, dünya və Avropa mükafatçısı Şahin Atamov da iyunda döyüşəcəyini saytımıza açıqlamasında bildirib:

“Məndə rəqib bəllidir. Amerikalı olacaq. Sonuncu dəfə bu turnirdə öz çəkimdə kəmərin sahibiyəm. Çalışağacam ki, kəmərimi müdafiə edim”.

 

Vumart və Güvən reklamı Vumart Güvən