Aquerdan Ronaldonu tərifləyən gənc futbolçuya - “Messi ilə oynamamısan” - FOTO

 03:38 17.04.2022     297

“Mançester Yunayted”in gənc oyunçusu Alexandro Qarnaço komandasının “Norviç”lə oyunundan sonra “Bütün zamanların ən yaxşısı” yazaraq Ronaldu ilə birgə fotosunu paylaşıb.

Redaktor.az xəbər verir ki, 17 yaşlı hücumçu argentinalı olduğu üçün paylaşıma əvvəlcədən gözlənilən rəylər gəlib.

Hətta uzun illər “Mançester Siti”nin formasını geyən Kun Aquero da məsələyə öz münasibətini bildirib.

“Çünki sən hələ də bütün zamanların ən yaxşısı - Messi ilə oynamamısan, dostum”, - deyə o, həmyerlisinə cavab verib.

 

Vumart və Güvən reklamı Vumart Güvən