"Barselona"nın hücumçusu "Beşiktaş"a keçir

 20:37 17.04.2022     260

"Barselona"nın futbolçusu Luuk de Yonq karyerasını "Beşiktaş"da davam etdirəcək.

Redaktor.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul klubu hücumçunun müqavilə əsasında məxsus olduğu "Sevilya" ilə yenidən danışıqlara başlayıb.

"Todofichajes"ə görə, niderlandlı oyunçu mövsümün sonu Kataloniya təmsilçisindən ayrılacaq.

Qeyd edək ki, 31 yaşlı forvard bu mövsüm "Barselona" formasıyla 24 matçda 7 qol və 1 məhsuldar ötürmə edib.

Vumart və Güvən reklamı Vumart Güvən