Pele yenə də xəstəxanaya yerləşdirildi

 21:35 19.04.2022     361

Braziliyalı əfsanəvi futbolçu Pele yenidən xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, 82 yaşlı veteran hücumçu əvvəllər kimyaterapiya kursu keçdiyi San-Pauludakı "Albert Eynşteyn" klinikasındadır.

Həkimlərin nəzarəti altında olan üçqat dünya çempionunun həyatı üçün təhlükə olmadığı bildirilib.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.

Vumart və Güvən reklamı Vumart Güvən