Salah İngiltərə Liqasında yeni uğura imza atdı
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni uğura imza atıb.
Redaktor.az xəbər verir ki, 30 yaşlı hücumçu buna "Mançester Yunayted"ə qarşı XXX turdan təxirə salınmış oyunda dubla imza atmaqla nail olub.
Misirli forvard bir mövsümdə "qırmızı şeytanlar"a 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb.
Qeyd edək ki, qarşılaşma Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ötən il IX turda rəqibi 5:0 hesabı ilə darmadağın etmişdi. Salah həmin görüşdə het-triklə yadda qalıb.












