“Mançester Yunayted”in artıq yeni baş məşqçisi var - FOTO
“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Yeni mövsümdən komandanı Erik Ten Haq çalışdıracaq. 52 yaşlı niderlandlı ilə müqavilə 2025-ci ilin yayında başa çatacaq. Anlaşma daha bir il müddətinə uzadıla bilər. O, indiki baş məşqçi Ralf Ranqniki əvəzləyəcək.
Qeyd edək ki, Ten Haq 2017-ci ildən “Ayaks”ı çalışdırır.













